Dünya · Axar.az

“Çampi" yaxınlaşdı: Çində 74 min sakin təxliyə olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Çampi" yaxınlaşdı: Çində 74 min sakin təxliyə olundu xəbəri üçün şəkil

“Çampi” tayfununun yaxınlaşması Çinin şərqindəki sahil bölgələrində yerli hakimiyyət orqanlarını əhalinin təxliyəsi və bərə xidmətinin dayandırılması da daxil olmaqla, bir sıra ehtiyat tədbirləri görməyə vadar edib.

Axar.az xarici KİV-ə istinadən xəbər verir ki, tayfunun gətirdiyi güclü külək və yağıntıdan təsirlənən Şanxayda 62 min 400 nəfər təxliyə edilib.

Cejian əyalətinin Zhoushan və Yuhuan şəhərlərində sahil zonasında dalğalardan qorunmaq üçün çimərliklər bağlanıb, turistlər ərazidən uzaqlaşdırılıb, dənizdəki iş fəaliyyəti dayandırılıb. Yerli hakimiyyət orqanları bildirib ki, bəzi ərazilərdə dalğaların hündürlüyü 9 metrə çatıb.

“Çampi” tayfunu zəifləsə də, ehtiyat tədbirləri davam etdirilir. Zhoushan şəhərinin sahil yaşayış məntəqələrindən 11 min 500 nəfər təxliyə olunub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑