İdman · Apasport.az

Qurban Qurbanov: “Çatışmazlıqlar var”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qurban Qurbanov: “Çatışmazlıqlar var” xəbəri üçün şəkil

Misli Premyer Liqasının VII turunda "Qarabağ" "İmişli"ni məğlub edib - 2:0.

Apasport.az xəbər verir ki, matçdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

"Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qələbə idi. Onlar çox əziyyət çəkdilər, çox intizamlı oyun qurmağa çalışdılar. Qarşımızda çox yaxşı, kompakt müdafiə olunan komanda var idi. Səbirli olmaq lazım gəlirdi. Bunu da bacardılar. Futbolçularımı təbrik etdim. Azarkeşlərimi də təbrik etmək istəyirəm. 1000-ci çempionat oyununda iştirak etdilər. Elə azarkeş var ki, bəlkə də 1000 oyunumuzun hamısında da iştirak ediblər. Xeyli azarkeş gəlmişdi. Bu görüşdə qalib gələrək, onların əziyyətini dəyərləndirdik. Çalışacağıq ki, qarşıdakı matçlara daha ciddi hazırlaşaq. Fərid Namazova və komandasına uğurlar arzulayıram".

- Milli fasilədən sonra komandaya yeni qoşulan və zədədən qayıdan futbolçuların bərpa və adaptasiya prosesi necə gedir? 

- Hələ ki tam keçməyiblər. İstər-istəməz çatışmazlıqlar var. Çünki 20 günə yaxın bir müddətdə futbolçularımızın böyük bir qismi komandadan ayrı düşmüşdü, zədəli oyunçularımız var idi. Lakin çox istəkli və məsuliyyətli şəkildə hazırlaşırlar. Yaxşı idman formasını bərpa etmək zamana ehtiyac var. Amma hamısından razıyam. Onların çox istəkli və peşəkar olduğunu görürəm. 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑