İdman · Teleqraf

Premyer Liqa: “Turan Tovuz” “Şəfa”nı məğlub etdi

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Premyer Liqa: “Turan Tovuz” “Şəfa”nı məğlub etdi xəbəri üçün şəkil

BAKI, 11 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasının VII turuna yekun vurulub.

Teleqraf xəbər verir ki, turun son görüşündə “Turan Tovuz” və “Şəfa” komandaları qarşılaşıb.

“SOCAR Polymer Arena”da baş tutan görüş Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Əli Əliyevin idarə etdiyi qarşılaşmada yeganə qolu Dieqo Bala vurub.

Bu nəticədən sonra Kurban Berdıyevin komandası 14 xalla turnir cədvəlinin dördüncü pilləsinə yüksəlib. Zaur Həşimovun kollektivi isə 3 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu gün baş tutan digər qarşılaşmada “Qarabağ” səfərdə “İmişli”ni 2:0 hesabı ilə məğlub edib. Daha əvvəlki görüşlərdə “Kəpəz” “Araz-Naxçıvan”ı (2:0), “Sumqayıt” isə “Qəbələ”ni (4:1) məğlub edib. “Neftçi” – “Sabah” matçı qolsuz bərabərliklə başa çatıb. “Zirə” – “Şamaxı” görüşündə isə 1:1 hesablı heç-heçə qeydə alınıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑