İngiltərə Premyer Liqasında VI turun növbəti oyunları baş tutub.
Futbolpress.az xəbər verir ki, günün mərkəzi qarşılaşmasında “Mançester Siti” səfərdə “Liverpul”u 3:0 hesabı ilə darmadağın edib.
Digət matçlarda “Kristal Pelas” öz evində “Nottingem Forest”ə 3:1 hesabı ilə qalib gəlib. “Hall Siti” – “Everton” görüşündə isə tərəflər hərəyə 2 qol vuraraq xalları bölüşüblər (2:2).
Qeydə alınan nəticələr:
İngiltərə Premyer Liqası
VI tur
Kristal Pelas – Nottingem Forest 3:1
Qollar: Daiçi Kamada, 41, Cefferson Lerma, 45+4, Yeremi Pino, 59 – Dan Ndoye, 3
Hall Siti – Everton 2:2
Qollar: Co Gelhard, 48, Məhəmməd Bellumi, 74 – Kirnan Dyusberi-Holl, 55, Tirno Barri, 68
Liverpul – Mançester Siti 0:3
Qollar: Erlinq Haaland, 65, Ceremi Doku, 68, Rayan Şerki, 78






