İdman · Apasport.az

"Kəpəz" autsayder "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Kəpəz" autsayder "Araz-Naxçıvan"a qarşı - YENİLƏNİR xəbəri üçün şəkil

Milli komandalara görə verilən fasilədən sonra Misli Premyer Liqasında mübarizə bərpa olunur.

Apasport.az xəbər verir ki, bu gün Azərbaycan çempionatında VII tura start veriləcək.

Turun ilk oyununda “Araz-Naxçıvan” Şamaxıda “Kəpəz”i qəbul edəcək.

Naxçıvan təmsilçisi milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə baş məşqçi dəyişikliyinə əl atıb. Cavid Hüseynovla yollarını ayıran klub ukraynalı mütəxəssis Yuri Maksimovu baş məşqçi təyin edib.

Hazırda “Araz-Naxçıvan” 2 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. “Kəpəz” isə 7 xalla 7-ci yerdədir.

Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.

Misli Premyer Liqası

I dövrə, VII tur

9 oktyabr

16:00. “Araz-Naxçıvan” – “Kəpəz”

Baş hakim: Rəşad Əhmədov

Köməkçi hakimlər: Elşad Abdullayev, Tərlan Talıbzadə

Dördüncü hakim: Niyaz Əhmədov

VAR: Rəvan Həmzəzadə

AVAR: Şirmamed Mamedov

Şamaxı şəhər stadionu

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑