Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında bu gün növbəti matçını keçirəcək.
Apasport.az xəbər verir ki, Famil Xəlilovun yetirmələri saat 11:30-da İsrail millisi ilə qarşılaşacaq.
Oyun Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.
Qeyd edək ki, yığmamız daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.


.jpg)

