Gənclərdən ibarət Azərbaycan millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Qran-Pri turnirini beş medalla başa vurub.
Apasport.az xəbər verir ki, yarışın son günündə daha iki təmsilçimiz fəxri kürsüdə yer alıb.
Əli Qazıməmmədov (-90 kq) və Davud Namazlı (-100 kq) üçüncü yeri tutaraq bürünc mükafata sahib çıxıblar.
Xatırladaq ki, turnirin ilk günündə Vüsalə Hacıyeva (-57 kq) gümüş, Xədicə Qədəşova (-57 kq) və Hanna Zaytseva (-63 kq) isə bürünc medal qazanıblar.





