İdman · APA

DÇ: Uşangi Kokauri finalda məğlub olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
DÇ: Uşangi Kokauri finalda məğlub olub xəbəri üçün şəkil

DÇ: Uşangi Kokauri finalda məğlub olub

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, Uşangi Kokauri yarışa 1/16 final mərhələsindən başlayıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşündə Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyevə qalib gələrək 1/8 finala yüksəlib.

Kokauri bu mərhələdə Polşa təmsilçisi Yakub Sordili də üstələyərək 1/4 finala vəsiqə qazanıb.

O, bu mərhələdə millimizin digər üzvü Kənan Nəsibovla üz-üzə gəlib. Rəqibinə qalib gələn Kokauri yarımfinala yüksəlib.

Cüdoçumuz yarımfinalda Finlandiya təmsilçisi Martti Puumalaynenlə qarşılaşıb. Rəqibinə qalib gələn Kokauri finala vəsiqə qazanıb.

O, finalda rusiyalı İnal Tasoyevə məğlub olub. Nəticədə təmsilçimiz gümüş medal qazanıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑