İdman · Globalinfo.az

DÇ-2026 zamanı onlayn nifrətin əsas hədəfi Argentina millisi olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
DÇ-2026 zamanı onlayn nifrətin əsas hədəfi Argentina millisi olub xəbəri üçün şəkil

Argentina yığması 2026-cı il dünya çempionatı zamanı sosial şəbəkələrdə aqressiyanın başlıca qurbanı olub.

Globalinfo.az xəbər verir ki, bu nəticə FIFA-nın rəsmi hesabatında əksini tapıb.

Tədqiqat çərçivəsində ekspertlər müxtəlif sosial platformalarda 17.1 milyondan çox paylaşım və şərhi təhlil ediblər. Nəticələr göstərib ki, onlayn təqiblərin həcminə görə Argentina digər bütün milli komandaları geridə qoyub: siyahıda sonrakı yerləri İngiltərə, İspaniya, Braziliya və Norveç yığmaları tutur.

Cənubi Amerika təmsilçisinə yönələn kiberhücumlar əsasən ksenofobik ifadələr və hakimlərin qərəzli qərarlar verməsi ilə bağlı ittihamlardan ibarət olub. Eyni zamanda, neqativ məzmunlu mesajlarda adları ən çox hallanan futbolçular siyahısında argentinalı oyunçular Fransa, İngiltərə və Portuqaliya idmançılarından geri qalaraq dördüncü yerdə qərarlaşıblar.

Bundan əlavə, Argentina Cənubi Afrika Respublikası və İngiltərə ilə yanaşı, ksenofobik təhqirlərin ən çox hədəfi olan ölkələr sırasında yer alıb. Xüsusilə vurğulanır ki, Argentina ilə əlaqəli olan hesablar ən çox irqçi mesajlar yayan istifadəçilər olublar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑