İdman · Publika.az

Veteran futbolçu oyun zamanı öldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Veteran futbolçu oyun zamanı öldü xəbəri üçün şəkil

Yaroslavl vilayəti milli komandasının futbolçusu Sergey Kukayev 60 yaş və yuxarı veteran komandalar arasında keçirilən Ümumrusiya yarışının final turnirində oyun zamanı vəfat edib.

Publika.az xəbər veririk, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

Faciə 11 oktyabrda Anapada baş verib. Kukayev “Stroitel” komandasına qarşı oyunun ilk hissəsinin sonunda huşunu itirib.

Oyunda növbətçi olan təcili yardım briqadası reanimasiya əməliyyatı keçirib, lakin veteran futbolçu xəstəxanaya aparılarkən yolda ölüb.

Təşkilatın açıqlamasında deyilir: “Rusiya Futbol İttifaqı Sergey Kukayevin ailəsinə, dostlarına, həmkarlarına və qohumlarına dərin hüznlə başsağlığı verir”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑