Cəmiyyət · Anews.az

Masazırda binanın dördüncü mərtəbəsindən yıxılan şəxs xilas edilib - Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Masazırda binanın dördüncü mərtəbəsindən yıxılan şəxs xilas edilib - Video xəbəri üçün şəkil

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən yaşayış binasında bir nəfərin yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar.

Əraziyə baxış zamanı 2001-ci il təvəllüdlü şəxsin yaşayış binasının dördüncü mərtəbəsindəki mənzildən ikinci mərtəbənin artırma hissəsinə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə həmin şəxsi təhlükəsiz yerə endirərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑