İdman · Ədalət

UEFA Gənclər Liqası: “Qarabağ” ilk oyunda Xorvatiya klubuna uduzdu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
UEFA Gənclər Liqası: “Qarabağ” ilk oyunda Xorvatiya klubuna uduzdu xəbəri üçün şəkil

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Adalet.az xəbər verir ki, Ağdam təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın "Dinamo Zaqreb" klubu ilə üz-üzə gəlib.

"Azersun Arena"da təşkil olunan görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı noyabrın 4-də Zaqrebdə olacaq. Bu cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑