Dünya · Ədalət

Roma Papası xəstəxanaya yerləşdirildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Roma Papası xəstəxanaya yerləşdirildi xəbəri üçün şəkil

Roma Papası XIV Leo Romada fəaliyyət göstərən Aqostino Cemelli adına xəstəxanaya yerləşdirilib. 

Adalet.az xəbər verir ki, bu barədə “Rai Radio-1” radiostansiyası məlumat yayıb.

Burada pontifikin ağciyərdəki düyünün xaric edilməsi üzrə əməliyyat olunacağı bildirilir. 

Mövcud məlumata görə, müdaxilə minimal invaziv olacaq və bir gün ərzində həyata keçirilə bilər. Əməliyyatdan sonra sağalma təxminən bir həftə çəkəcək. Bu səbəbdən Roma Papasının 20 oktyabr tarixinədək olan proqramı ləğv edilib.

Bununla belə, onun Latın Amerikası ölkələrinə - Uruqvaya, Argentinaya və Peruya noyabr ayının əvvəlinə planlaşdırılan səfəri qüvvədə qalır. 

Qeyd edək ki, daha əvvəl ona qoyulmuş diaqnoz haqqında danışan XIV Leo heç bir ciddi xəstəliyinin olmadığını bildirib. Onun sözlərinə görə, ağciyərdəki törəmə kiçikdir və erkən mərhələdə aşkar edilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑