Oktyabrın 23-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Laçın və Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək.
525.az Agentliyə istinadən xəbər verir ki, vətəndaşlar oktyabrın 13-dən 16-na qədər qəbula yazılmaq üçün quruma müraciət edə bilər.
Müraciətlər [email protected] elektron poçt ünvanı və ya poçt vasitəsilə qəbul olunur. Həmçinin vətəndaşlar (012) 311-20-19 nömrəli Çağrı Mərkəzi ilə də əlaqə saxlaya bilərlər.
Qəbulun təşkili məqsədilə vətəndaşların müraciətləri əvvəlcədən qeydə alınacaq.



