Gündəm · Yeni Çağ

İqtisadi Şuranın növbəti iclası keçirildi - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İqtisadi Şuranın növbəti iclası keçirildi - Yeni Çağ xəbəri üçün şəkil

 

Bu gün Azərbaycanınn Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, iclasın gündəliyində Azərbaycanda neft-qaz və neft-kimya sənayesinin inkişafı, o cümlədən, neft emalı və neft-kimya infrastrukturunun modernləşdirilməsi və gələcək inkişaf perspektivləri və cari iqtisadi məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəfin geniş məruzəsi dinlənilib. Təqdim olunan məsələyə dair İqtisadi Şuranın üzvləri və iclasa dəvət olunanlar çıxış ediblər və təkliflərini bildiriblər. Sonra cari məsələlər ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri Mətin Eynullayev çıxış edib.

İclasın yekununda qərarlar qəbul olunaraq Azərbaycan İnvestisiya Holdinqinə, SOCAR-a və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑