Azərbayan dövləti öz tolerantlığı, başqa dinlərə olan münasibəti ilə örnəkdir. Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var, bunlar qəbulolunmazdır.
Globalinfo.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Real TV-yə müsahibəsində söyləyib.
QMİ sədri əlavə edib ki, bu gün baş verənlər dövlətimizə qarşı, əsasən xarici təsirlərin nəticəsidir. Onların məqsədi heç də müsəlmançılıq, İslam deyil. Bu gün onların bizə, müsəlamlara yol göstərməsi düzgün deyil. Çünki iğtişaş salmaq, məktəblərə getməməklə bağlı çağırışlar çox böyük günahdır.

