Təhsil · 525-ci qəzet

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir xəbəri üçün şəkil

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir.

Bu barədə 525.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, prosesdə iştirak etmək istəyən müəllimlər miq.edu.az/qy/ saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

İlboyu davam edəcək prosesdə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz əmək müqaviləsi əsasında çalışan, həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə malik olan və müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanında minimum 30 bal toplayan müəllimlər iştirak edə bilərlər.

Sevinc Qarayeva 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑