Təhsil · AZƏRTAC

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb xəbəri üçün şəkil

Bakı, 8 oktyabr,

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının müdiri Əməkdar mühəndis, texnika elmləri doktoru, professor Nizami Yusubov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) “Yenidən Dəvət Proqramı 2026” müsabiqəsinin qalibi olaraq Almaniyada ezamiyyətdə olub.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, professor Nizami Yusubov Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU Cottbus-Senftenberg) Metalkəsən dəzgahlar kafedrasında “Yaşıl mexaniki emal və kəsici alətlərin davamlılığı” mövzusunda genişmiqyaslı elmi-tədqiqat işləri aparıb.

Üç ay davam edən ezamiyyət müddətində Brandenburq Texniki Universitetinin müasir laboratoriya infrastrukturundan istifadə olunmaqla çətin emal olunan poladların emalı zamanı termofiziki qanunauyğunluqlar və səth bütövlüyü öyrənilib, “CryoMQL” (kriogen və minimum yağlama) texnologiyalarının tədqiqi planlaşdırılıb. Tədqiqatların nəticələri əsasında “Scopus” və “Web of Science” bazalarında indekslənən nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunması üçün birgə məqalələr hazırlanaraq təqdim edilib.

Səfər çərçivəsində iki universitet arasında magistratura səviyyəsində həyata keçirilən ikili diplom proqramı ilə bağlı məsələlər də müzakirə olunub. Həmçinin ikili elmi rəhbərlik əsasında fəlsəfə doktoru (Ph.D.) hazırlığı mexanizmləri barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Almaniyanın Rostok şəhərində yerləşən Fraunhofer İstehsal Texnologiyaları və Böyük Konstruksiyalar İnstitutunun (Fraunhofer IGP) rəhbərliyi ilə əməkdaşlıq perspektivləri və potensial birgə tədqiqat layihələri ilə bağlı işgüzar görüş keçirilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑