Dünya · Yeni Sabah

Yeni müdafiə memorandumu imzalandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yeni müdafiə memorandumu imzalandı xəbəri üçün şəkil

Türkiyə, Qətər, İndoneziya və Pakistan nümayəndələri müdafiə əməkdaşlığını gücləndirmək və strateji tərəfdaşlığı inkişaf etdirmək üçün Bədr Anlaşma Memorandumunu (ANM) imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, çoxtərəfli sənəd Qətərdə imzalanıb.

Sənəd müdafiə sənayesində əməkdaşlığı inkişaf etdirməyi və ölkələrin hərbi imkanlarını gücləndirməyi hədəfləyir. Ölkələr həm də hərbi təlim və tədqiqat sahəsində əməkdaşlıq edəcəklər. pizza mizza

Müqaviləni Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Qətər Baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Şeyx Səud bin Əbdülrəhman bin Həsən Ali-Sani, İndoneziya müdafiə nazirinin müavini Yusuf Cəuhari və Pakistanın müdafiə naziri Xəvacə Məhəmməd Asif imzalayıblar.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑