Siyasət · Yeni Sabah

Trampdan şok açıqlama: “Ukraynaya yeni prezident lazımdır”

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Trampdan şok açıqlama:  “Ukraynaya yeni prezident lazımdır” xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin Rusiya ilə münaqişəni dəfələrlə başa çatdırmaq imkanı olduğu halda bunu etmədiyini bildirib.

"Yeni Sabah" TASS-a istinadən xəbər verir ki, Tramp jurnalistlərin suallarını cavablandırarkən Ukraynanın yeni prezident seçməsinin vaxtı çatdığını deyib.

"Düşünürəm ki, Ukraynanın yeni prezidentə sahib olmasının vaxtı çatıb", - deyə ABŞ lideri bildirib. Sezar pizza

Tramp Ukraynaya razılaşma əldə etməyə qadir yeni lider tapmağı tövsiyə edəcəyini söyləyib. Onun sözlərinə görə, Zelenski dəfələrlə razılaşma əldə edə bilərdi, lakin naməlum səbəblərdən bunu etmir.

ABŞ prezidenti həmçinin Zelenskinin ABŞ-yə və bütün dünyaya problem yaratmaq istədiyini iddia edib. Trampın fikrincə, Ukrayna lideri Rusiyanın dünya bazarına böyük həcmdə dizel yanacağı tədarük etməsi səbəbindən amerikalı fermerlərə də problem yaratmaq istəyir./Oxu.az


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑