Kiyevdə İsveç Kralı XVI Karl Qustavı qarşılayan Ukrayna Prezidenti Volodimir Zelenski ədəbsiz hərəkət edib.
"Yeni Sabah" Aftonbladet-ə istinadla xəbər verir ki, İsveç monarxı Ukrayna lideri ilə əl sıxmaqdan imtina edib.
Videogörüntülərdə Ukrayna liderinin dəfələrlə krala əl uzatdığı, kralın isə sadəcə şifahi salamlaşdığı görünür. Toyuqlu pizza
Etiket qaydalarına görə, salamlaşmaq üçün əlini ilk uzadan monarxdır, lakin Zelenski bu qaydaya məhəl qoymayıb. Onun hərəkəti protokolun pozulması hesab olunur. Görünür, Ukrayna lideri bu qaydalarla tanış deyildi, ona görə də əlini krala uzadıb.
Yeri gəlmişkən, Zelenski daha sonra krala tüpürməyə bənzəyən bir jest edib. Artıq internetdə onun həqiqətən tüpürdüyü, yoxsa sadəcə dodaqlarını əsəbi şəkildə büzdüyü barədə müzakirələr gedir.
XVI Karl Qustav yəqin ki bunu görməyib.


