İdman · Yeni Sabah

“Sabah” niyə uduzdu? - “Diqqətsiz oynadıq”

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Sabah” niyə uduzdu? - “Diqqətsiz oynadıq” xəbəri üçün şəkil

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Norveçin "Vikinq" klubuna 1:4 hesabı ilə uduzmadan danışıb.

“Yeni Sabah” xəbər verir ki, litvalı mütəxəssis komandasının hazırlıq səviyyəsini və meydandakı mübarizəsini qiymətləndirərək məğlubiyyətin əsas səbəblərini sadalayıb: 

"Bura Çempionlar Liqasıdır və görüşlər çətin keçir. Biz Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik. İlk hissədə tamamilə bərabər səviyyədə oyun izlədik. Hər iki komanda əlinə düşən qol fürsətlərindən yararlandı. İkinci hissədə isə bir qədər açıq oyuna şahidlik etdik". Toyuqlu pizza

Baş məşqçi ikinci yarıdakı səhvlərə və qırmızı vərəqə epizoduna toxunub: 

"İkinci hissədə hücuma keçərkən bir qədər diqqətsiz oynadıq və çoxlu səhvlərə yol verdik. Bir toxunuşla ötürmələrə həddindən artıq üstünlük verərək oyunu çətinləşdirdik, səhvlərə yol verərək topu itirdik. Qırmızı vərəqə ilə nəticələnən epizod da belə baş verdi. Qeyri-dəqiq ötürmə etdik və top birbaşa rəqibə yönəldi.

"İndi yolumuza davam etməli və səhvlərimizdən nəticə çıxarmalıyıq. Hesabın oyunun gedişinə uyğun olmadığını düşünürəm. Meydandakı mübarizəni nəzərə alsaq, hesab fərqi bir qədər böyük oldu. Dediyim kimi, bura Çempionlar Liqasıdır və səviyyə tam başqadır. Kiçik bir səhvlə qapımızda qol görə bilərik".

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑