İdman · AZƏRTAC

Fərid Qayıbov Monakoda idmana məsul nazirlərin iclasında iştirak edib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fərid Qayıbov Monakoda idmana məsul nazirlərin iclasında iştirak edib xəbəri üçün şəkil

Bakı, 5 noyabr,

Gənclər və idman naziri Fərid Qayıbov Monako Knyazlığında keçirilən Avropa Şurasının idmana məsul nazirlərinin 19-cu iclasında çıxış edib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində “Uşaqlar və gənclər üçün təhlükəsiz və sağlam idman” mövzusu ətrafında müzakirələr aparılıb. Uşaqların və gənclərin idmanda təhlükəsizliyinin təmin edilməsi, sağlam və inklüziv idman mühitinin yaradılması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinə toxunulub.

İclasın açılış mərasimində Monako Knyazlığının Şahzadəsi II Albert, Avropa Şurasının Baş katibi Alen Berset və Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti Leyla Marques Mota çıxış ediblər.

Səfər çərçivəsində nazir Fərid Qayıbov Ümumdünya Antidopinq Agentliyinin (WADA) baş direktoru Olivye Niqqli ilə də görüşüb. Görüşdə antidopinq sahəsində beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑