Süni intellekt məlumat mərkəzlərinin sürətlə artan elektrik tələbatı enerji sektorunda böyük birləşməyə səbəb olub.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, 80 illik “ATCO” şirkətinin nəzarətindəki “Canadian Utilities” və “Emera” şirkətləri elektrik şəbəkələrinə düşən yükü qarşılamaq və təmiz energiyə keçidi təmin etmək məqsədilə birləşmək qərarı alıblar.
Birləşmə nəticəsində yaranan yeni nəhəng enerji şirkəti Kanada, ABŞ, Meksika, Karib hövzəsi və Avstraliyada ümumilikdə 6 milyon müştəriyə xidmət göstərəcək. Şirkətin 2030-cu ilə qədər 32 milyard dollar həcmində kapital qoyuluşu həyata keçirməsi planlaşdırılır. Birləşmədən sonra “Emera”nın baş icraçı direktoru Skott Balfur (Scott Balfour) yeni quruma rəhbərlik edəcək, “ATCO”nun rəhbəri Nensi Sausern (Nancy Southern) isə idarə heyətinin həmsədri vəzifəsini tutacaq. Dominos pizza
