Hadisə · Yeni Sabah

Qaxda 2 məktəbli dalaşdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qaxda 2 məktəbli dalaşdı xəbəri üçün şəkil

Qaxın Zəyəm kəndindəki rayonu Əmran Cabbaroğlu adına tam orta məktəbində IX sinifdə təhsil alan 2 şagird dalaşıb.

"Yeni Sabah" xəbər verir ki, tənəffüs zamanı mübahisə nəticəsində məktəblilərdən biri digərinə xəsarət yetirib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən bildirilib ki,məsələ aidiyyəti qurumların nəzarətinə götürülüb, müvafiq araşdırmalara başlanılıb.  Sezar pizza

Xatırladaq ki, xəsarət alan 2012-ci il təvəllüdlü İ.Mustafazadə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Ona ilkin tibbi yardım göstərildikdən sonra kompyuter tomoqrafiya müayinəsi olunmaq üçün Zaqataladakı özəl tibb müəssəsinə göndərilib.

Yeniyetməyə beyin silkələnməsi diaqnozu qoyulub, müalicəsi Qax RMX-da davam etdirilir.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑