PKK terror təşkilatı İraqın şimalındakı Metina bölgəsində dörd düşərgəni boşaldıb.
"Yeni Sabah" "Haber Global"a istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələrindən məlumat verilib.
"Milli həmrəyliyin və sosial inteqrasiyanın gücləndirilməsi çərçivəsində təhlükəsizlik baxımından münaqişə riski yaradan sığınacaqların boşaldılması istiqamətində aparılan işlər zamanı PKK/KCK oktyabrın 8-dən etibarən İraqın şimalında Metina bölgəsində yerləşən dörd sığınacağı (Hebat, Yajk, Sabri və Sason) boşaldıb", - deyə məlumatda bildirilib./Oxu.az pizza mizza



