Dünya · Yeni Sabah

Netanyahunun oğlundan tarixi etiraf

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Netanyahunun oğlundan tarixi etiraf xəbəri üçün şəkil

İsraildə keçirilən parlament seçkilərinin nəticələri ətrafında müzakirələr davam edərkən, Baş nazir Binyamin Netanyahunun oğlu Yair Netanyahu sosial media hesabından geniş reaksiyaya səbəb olan sərt açıqlama verib.

“Yeni Sabah” xəbər verir ki, Yair Netanyahu İsraildəki ərəb əhalisinin və onları təmsil edən siyasi qüvvələrin mövqeyini sərt tənqid edərək, bu vəziyyəti ölkə üçün İranın nüvə təhdidi qədər ciddi varolma problemi adlandırıb.

Açıqlamada "Əsas Qanun: Knesset"in 7(a) maddəsinə istinad edən Netanyahu, terroru dəstəkləyən və İsrailin yəhudi dövləti kimi mövcudluğunu inkar edən partiyaların parlament seçkilərində iştirakının qadağan olunduğunu xatırladıb. Sezar pizza

O, bu partiyaların parlamentdə yer almasına görə birbaşa Ali Ədalət Məhkəməsini günahlandıraraq, məhkəmə orqanının qanunun mahiyyətini heçə endirdiyini və qanunvericiliyi pozaraq onların namizədliyinə imkan yaratdığını iddia edib.

Nazim Hacıyev


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑