AFFA İntizam Komitəsinin iclasında Misli Premyer Liqasında 10-cu turun oyunlarındakı qayda pozutuntularına dair qərarlar çıxarılıb.
"Yeni Sabah" xəbər verir ki, o cümlədən:
“Turan Tovuz” komandası 2500, “Sabah”da 5 nəfər sarı vərəqə aldığı üçün klub 700, “Zona 1” ərazisində kənar şəxslər olduğuna görə “Qəbələ” klubu 1000, Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyinə görə “Qarabağ” 1500, azarkeşləri pirotexniki vasitədən istifadə edildiyinə görə 3000, “Şamaxı” klubu 2500, fotoqrafı yarışın Əsasnamə tələblərini pozduğuna görə “Neftçi” 500 manat cərimə edilib. pizza hut
Bundan əlavə, “Sumqayıt”– “Şəfa” oyununda qonaq komandada 5 nəfər sarı vərəqə aldığı üçün “Şəfa” 700 manat cərimə edilib.



