İspaniya futbolunda ağır itki baş verib. "Tenerife" klubunun 30 yaşlı hücumçusu Xesus de Migel noyabrın 3-də xəstəxanada dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, faciəvi hadisə İspaniya II divizionunda "Andorra" ilə matçda (2:2) baş verib. Qarşılaşmanın əlavə olunmuş dəqiqələrində rəqib qapıçı Xesus Ovono ilə şiddətli toqquşan forvard huşunu itirib. Xəstəxanaya aparılarkən futbolçunun ürəyi dayanıb. Həkimlərin təxminən 20 dəqiqəlik müdaxiləsindən sonra nəbzi bərpa olunan de Migel reanimasiyaya yerləşdirilsə də, səhər saatlarında neyroloji vəziyyətinin ağırlaşması səbəbindən vəfat edib.
Matçda de Migellə toqquşaraq qırmızı vərəqə alan qapıçı Xesus Ovononu İspaniya Futbol Federasiyasının İntizam Məcəlləsinə əsasən 4 matçdan 12 matçadək cəzalandırılma gözləyir. Bundan əlavə, ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə hadisəyə hüquqi qiymət verilə bilər.
Qeyd edək ki, "Fuenlabrada", "Navalkarnero", "Unionistas" və "Kastelyon" kimi klublarda çıxış etmiş Xesus de Migel 2025-ci ilin yayında "Tenerife"yə transfer olunmuşdu.
Migelin ölümünə səbəb olan epizod:




