FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
Futbolpress.az xəbər verir ki, o, noyabrın 5-də Liqa mərhələsinin 4-cü turu çərçivəsində Belçikada keçiriləcək “Anderlext” – “Zalsburq” (Avstriya) qarşılaşmasın idarə edəcək.
Ona yan xətlərdə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcəklər.
Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.
Matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.



