Dünya · Yeni Sabah

Kiyev ballistik raketlərlə vuruldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kiyev ballistik raketlərlə vuruldu xəbəri üçün şəkil

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə şəhərini ballistik raketlərlə vurub.

“Yeni Sabah” xəbər verir ki, oktyabrın 13-ü gecə saatlarından başlayaraq oktyabrın 14-ü səhər saatlarına qədər Kiyev şəhəri və onun vilayətinə kütləvi ballistik raketlər atılıb.

Raketlərin əsas hədəfi enerji infrastrukturları olub. Hazırda paytaxt Kiyev və onun vilayətində enerji kəsintiləri baş verib. Toyuqlu pizza

Həmçinin Kiyevin Desnyanski rayonundakı doqquzmərtəbəli yaşayış binasına ballistik raket zərbəsi nəticəsində binanın bir hissəsi dağılıb.

Kiyev şəhər meri Vitali Kliçko açıqlama verib ki, çoxmərtəbəli binanın dağılması nəticəsində 2 nəfər həlak olub, 20-dən çox insan xəsarət alıb.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑