Dünya · Yeni Sabah

Kim Çen In ölüb? - Kəşfiyyatdan REAKSİYA

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Kim Çen In ölüb?  - Kəşfiyyatdan REAKSİYA xəbəri üçün şəkil

Şimali Koreya lideri Kim Çen Inın ölümü barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya parlamentinin kəşfiyyat komitəsinin üzvləri üçün keçirilən qapalı brifinqin iştirakçılarına istinadən məlumat yayıb.

Məlumata görə, brifinq bu gün ölkənin Milli Kəşfiyyat Xidməti tərəfindən təşkil edilib. pizza hut

Qeyd olunur ki, sentyabrın 30-da keçirilən əvvəlki brifinq zamanı kəşfiyyat təxminən 140 kiloqram çəkisi olan və ürək-damar xəstəlikləri riskindən əziyyət çəkən Kim Çen Inda sağlamlığının pisləşməsinin əlamətlərinin aşkar edilmədiyini açıqlayıb.

Xatırladaq ki, daha əvvəl Böyük Britaniyanın “The Sun” nəşri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən təcili müalicə üçün Çinə aparıldığı barədə xəbər yayıb. Bunun ardınca, Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi dövlət başçısının sərgidə çəkilmiş fotolarını dərc edib./Qafqazinfo


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑