İranın ilk “Can fəda” briqadası təşkil olunub.
"Yeni Sabah" xəbər verir ki, bunu SEPAH-ın Tehran üzrə komandiri general Həsən Həsənzadə deyib.
O bildirib ki, İranın ilk “Can fəda” briqadası təşkil olunub, təkmilləşdirilmiş hazırlıq mərhələsini başa vurub və lazımi avadanlıqlarla təchiz edilib. pizza sifarişi
Həsənzadənin sözlərinə görə, “Can fəda” döyüşçülərinin İranın cənub və qərbindəki əməliyyat bölgələrinə göndərilməsinə başlanılacaq.
O əlavə edib ki, yaxın vaxtlarda hazırlıq səviyyəsi və keçirilmiş təlimlər nəzərə alınmaqla, “Can fəda” briqada və batalyonlarının təşkilatlanması da həyata keçiriləcək.
SEPAH-ın Tehran üzrə komandiri paytaxtın bir sıra meydanlarında bir neçə təlim bazasının açıldığını da bildirib.
O, “Canfəda” kampaniyasında qeydiyyatdan keçənlərin son sayı barədə məlumat verərək deyib ki, kampaniyada 33 milyondan çox insan iştirak etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumundan sonra başladılan “Can fəda” kampaniyası İran xalqının ölkənin müdafiəsi üçün könüllü səfərbər edilməsini nəzərdə tutur./APA



