Dünya · Yeni Sabah

Dizel ucuzlaşdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Dizel ucuzlaşdı xəbəri üçün şəkil

ABŞ-də dizel yanacağının orta qiyməti son bir ay ərzində 10 sentdən çox ucuzlaşaraq bir qallon (3,785 litr) üçün 6,33 dollara enib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Amerika Avtomobil Assosiasiyasının məlumatlarında əks olunub.

Statistikaya əsasən, dizel yanacağının bir qallonunun orta qiyməti hazırda 6,3347 dollar təşkil edir. Bir ay əvvəl bu göstərici 6,4391 dollar olub. Beləliklə, yanacaq bir ay ərzində təxminən 1,6 % ucuzlaşıb. Dördpendirli pizza

Bununla yanaşı, son bir həftə ərzində dizel yanacağının qiyməti bir qallon üçün 6,3090 dollardan 6,3347 dollara qalxıb. Lakin əvvəlki günlə müqayisədə qiymət 6,3499 dollardan aşağı düşüb.

Bir il əvvəl ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon üçün 3,6826 dollar təşkil edirdi. Beləliklə, son bir aydakı ucuzlaşmaya baxmayaraq, hazırkı qiymətlər ötənilki səviyyəni təxminən 72 % üstələyir./Report


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑