Dünya · Teleqraf

Putin: Rusiya ilə Avropa arasında müharibə olarsa, qalib olmayacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin: Rusiya ilə Avropa arasında müharibə olarsa, qalib olmayacaq xəbəri üçün şəkil

BAKI, 29 oktyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin ölkəsi ilə Avropa arasında mümkün müharibənin nəticələri barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, Putinə görə, Rusiya ilə Avropa arasında hərbi qarşıdurma baş verərsə, bu müharibənin qalibi olmayacaq.

“Əgər Rusiya ilə Avropa arasında müharibə başlasa, qalib olmayacaq. Qoy Avropada heç kim bunu unutmasın”, – deyə Rusiya Prezidenti vurğulayıb.

Putin əlavə edib ki, Avropa liderləri indiyədək Rusiyaya strateji məğlubiyyət yaşada bilməyiblər və 2030-cu ilə qədər də bunu bacarmaları ehtimalı çox aşağıdır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑