Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatında finala yüksəlib, Camal Qamzatxanov isə yarımfinalda məğlub olub.
"Yeni Sabah" xəbər verir ki, idmançımız yarımfinal mərhələsində Finlandiya təmsilçisi Martti Puumalaynen ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kokauri +100 kiloqram çəki dərəcəsində finala vəsiqə qazanıb. pizza mizza
Eyni çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov isə yarımfinalda rusiyalı son dünya çempionu İnal Tasoyevə uduzub.
Beləliklə, bu çəki dərəcəsində final qarşılaşmasında Uşanqi Kokauri və İnal Tasoyev, bürünc mükafat uğrunda mübarizədə isə idmançılarımız Kənan Nəsibov və Camal Qamzatxanov üz-üzə gələcəklər.



