Hadisə · Yeni Sabah

Bakıda uçqun baş vermiş binanın sakinləri nələr danışdılar? - VİDEO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda uçqun baş vermiş binanın sakinləri nələr danışdılar?  - VİDEO xəbəri üçün şəkil

Bakının Nərimanov rayonu, Nazim Hacıyev küçəsində baş verən uçqunla bağlı bina sakinləri Baku TV-yə danışıblar.

İkinci mərtəbədə yaşayan sakinin sözlərinə görə, bir ildir evin damı qəzalı vəziyyətdə olub və bununla bağlı aidiyyəti orqanlara məlumat verib. Lakin uçqun baş verənədək maraqlanmayıblar.

Digər sakin isə bildirir ki, bina 1941-ci ildə tikilib və qəzalı vəziyyətdə idi. pizza sifarişi

Onlar bildirirlər ki, bir neçə il əvvəl də binanın bir hissəsi uçub və bəzi sakinlər köçürülüb. Lakin dam örtüyü hələ də qəzalı vəziyyətdədir.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan olmayıb, xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑