Hadisə · Publika.az

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü xəbəri üçün şəkil

Neftçala rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.

Publika.az xəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisinə gedən yolda qeydə alınıb.

İlkin məlumata əsasən, Həsənabad qəsəbəsində qeydiyyatda olan, Neftçala şəhəri R. Həsənov küçəsində yaşayan 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkən traktorun qoşqusunun altında qalıb.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb, faktla bağlı araşdırma aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑