Dünya · Yeni Sabah

Almaniya qarışdı: Xalq ayağa qalxdı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Almaniya qarışdı: Xalq ayağa qalxdı xəbəri üçün şəkil

Bu gün dünyada ən böyük iqtisadiyyata malik ölkələrdən biri hesab edilən Almaniyanın demək olar ki, bütün böyük şəhərlərində “Gen Z regelt” (Z nəsli həll edir) şüarı ilə kütləvi aksiyalar başlayıb. Nümayişlərə miqrantlar, tələbələr, gənclər, fermerlər, ziyalılar, bir sözlə, cəmiyyətin bütün təbəqələrini təmsil edən insanlar qatılıblar.

AZƏRTAC xəbər verir ki, 1 milyon insanın iştirakı ilə keçirilən aksiyaya səbəb Almaniyada hərbi çağırışa dair qanuna dəyişiklik edilməsi olub. Dəyişikliyə əsasən, gələn ildən Almaniyada məcburi hərbi xidmət tətbiq olunacaq.

Qanuna dəyişiklik aksiyalar üçün bəhanə rolunu oynayır. Səbəblər isə daha dərindir. Fransa, İtaliya, Albaniya, Polşa, Serbiya və digər ölkələrdə olduğu kimi, Almaniyada da baş verənlərin iqtisadi və siyasi səbəbləri var. Toyuqlu pizza

İqtisadi səbəblərə toxunaraq qeyd etmək lazımdır ki, Yaxın Şərqdəki gərginliyin nəticəsi olaraq Hörmüz boğazı bağlanıb və dünya enerji bazarının neft təchizatı həddən artıq zəifləyib ki, bu da enerjidaşıyıcılarının qiymətini rekord həddə artırıb. Dünya bazarında qiymətlərin dəyişməsi daxili bazara da təsirini göstərir və inflyasıya ilə qiymət artımı prosesi başlayır. Almaniyada inflyasiya prosesi artıq 5 ildir ki, davam edir.

Milyonlarla insanın çalışdığı avtomobil sənayesi də son illər çətinlik. Çinin dünya avtomobil bazarının aparıcı ixracatçısına çevrilməsi və elektromobillərlə bazarı tutması Almaniyanın avtomobil sənayesinə zərbə vurub. İstehsal olunan avtomobillərin 78,2 faizi ixrac edilir. 2026-cı ildə Almaniya dünya bazarına cəmi 2 milyon maşın çıxarıb. Əgər Almaniya iqtisadiyyatı 2023-cü ildə 0,9 faiz artmışdısa, 2025-ci ildə bu göstərici 0,2 faizə enib. Almaniyanın Federal Əmək Agentliyinin məlumatına əsasən, 2025-ci ildə orta illik işsizlərin sayı 2 milyon 948 min nəfərə çatıb. Ümumilikdə isə Almaniyada işsizlik səviyyəsi 6,3 faizə yüksəlib. Avropa Komissiyasının proqnozuna əsasən, 2026-cı ildə Almaniyada inflyasiyanın həcmi 2,5 faiz təşkil etməli idi, lakin bu göstərici 3 faizdən çox olub.

Gəliri azalan şirkətlər işçilərin əməkhaqqını azaltmaqla kifayətlənmir, həm də minlərlə iş yerini ixtisara salır. Bu da Almaniyada “İşsizlər ordusu”nun yaranmasına gətirib çıxarıb. Bunlarla yanaşı, köçkünlərlə bağlı siyasət də düzgün aparılmayıb. Ölkəyə qeyri-leqal şəkildə gələn köçkünlər yerli məmurlarla korrupsiya əlaqəsinə girərək, rüşvətlə yaşamaq icazəsi və vətəndaşlıq alırlar. Bütün bunlar cinayətkar qrupların ölkəyə daxil olmasını və fəaliyyət göstərmələrini asanlaşdırır. Alman mətbuatının məlumatına görə, ölkə ərazisində köçkünlərdən ibarət 20-yə yaxın cinayətkar qruplaşma var.

Siyasi səbəblərə gəlincə, qeyd etmək lazımdır ki, bu günə kimi Almaniyanın federal büdcəsindən Ukraynaya yardım üçün 10 miyard avrodan çox maliyyə vəsaiti ayrılıb. Büdcədən sosial xidmətlərdən daha çox vəsait müdafiə məsələlərinə ayrılır ki, bu da əhalinin hiddətinə səbəb olur.

“Reuters” məlumat verir ki, Berlin, Münhen, Frankfurt, Köln və başqaları daxil olmaqla Almaniyanın 34 şəhərində keçirilən aksiyalarda insanlar kommunal xərclərin, kirayənin, gündəlik istehlak mallarının bahalaşamasına, əməkhaqqının azlığına qarşı çıxışlar edirlər.

Almaniyada kütləvi aksiyaların genişlənməsi ölkənin qarşılaşdığı iqtisadi, siyasi və sosial problemlərin bir-biri ilə sıx bağlı olduğunu göstərir. İqtisadi durğunluq, sənaye sektorunda ixtisar təhlükəsi, işsizliyin artması, enerji xərcləri və əhalinin alıcılıq qabiliyyətinə təzyiq iqtisadi narazılıqları gücləndirən əsas amillərdir. Bununla yanaşı, miqrasiya siyasəti, sağçı siyasi qüvvələrin güclənməsi, hökumət daxilində fikir ayrılıqları və demokratik institutlarla bağlı narahatlıqlar etirazların siyasi məzmununu formalaşdırır.

Əsas məsələ budur ki, Almaniyadakı etirazları yalnız iqtisadi böhranla və ya siyasi qarşıdurma ilə izah etmək mümkün deyil. Bu, iqtisadi təhlükəsizlik, sosial ədalət, miqrasiya, milli kimlik və demokratik idarəçilik ətrafında formalaşan çoxşaxəli ictimai narazılıqdır. Hökumət bu problemlərin həlli istiqamətində əməli addımlar atmadığı üçün onlar böyüyərək sosial partlayış yaradıb.

Ölkənin gələcək siyasi və sosial sabitliyi hökumətin bu problemlərə bundan sonra nə dərəcədə effektiv cavab verməsindən, iqtisadi artımın bərpasından, sənaye və əmək bazarının qorunmasından, eləcə də müxtəlif ictimai qruplar arasında etimadın möhkəmləndirilməsindən asılı olacaq.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑