Dünya · Yeni Sabah

3 ölkə rəsmisi Tehranda toplaşacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
3 ölkə rəsmisi Tehranda toplaşacaq xəbəri üçün şəkil

Məkkə Paktının iştirakçıları olan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın nümayəndələri bu gün regional koordinasiyanı müzakirə etmək üçün İran rəsmiləri ilə görüşəcəklər.

"Yeni Sabah" Reuters-ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanını müdafiə naziri şahzadə Xalid bin Salman Ali-Səud, Pakistanı ordu rəisi Asim Munir və Türkiyəni isə Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın təmsil edəcək.

İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri Kəni bu məlumatı təsdiqləyib. pizza sifarişi

Xatırladaq ki, Məkkə Birgə Müdafiə Sazişini avqustun 7-si Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə imzalayıb. Sənədə əsasən, iştirakçı ölkələrin hər hansı birinə silahlı hücum hər üçünə hücum hesab olunur.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑