Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
"Yeni Sabah" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı noyabrın 13-nə təyin edilib. Dördpendirli pizza
Əli Kərimli və müavininin istintaqını Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsi aparıb. Onlara qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham irəli sürülüb. Adıçəkilən şəxslər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib.



