Texnologiya · Yeni Sabah

“Instagram”da böyük dəyişiklik - Yeni funksiya gəlir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Instagram”da böyük dəyişiklik - Yeni funksiya gəlir xəbəri üçün şəkil

“Instagram” uzun videolarla bağlı yeni addım atır.

“Yeni Sabah” xəbər verir ki, platforma istifadəçilərə podkast, müsahibə və digər geniş məzmunlu videoları 90 dəqiqəyədək paylaşmaq imkanı verən yeni formatı sınaqdan keçirir.

“Features” adlanan yenilik ilk mərhələdə ABŞ-də seçilmiş məzmun yaradıcıları üçün istifadəyə verilir. Bu format daha əvvəl Braziliyada da sınaqdan keçirilib.  pizza

Yeni format əsasən üfüqi çəkilmiş uzun videolar üçün nəzərdə tutulub. Onların istifadəçilərin əsas lentində və “Explore” bölməsində görünməsi planlaşdırılır.

Beləliklə, podkast aparıcıları, müsahibəçilər və digər yaradıcılar tam buraxılışlarını ayrıca platformaya yönləndirmədən “İnstaqram”da paylaşa biləcəklər. Yeniliyin digər tərəfi qısa videolarla bağlıdır. Məzmun yaradıcıları uzun videolarından qısa parçalar hazırlayaraq onları “Reels” vasitəsilə tam buraxılışa bağlaya biləcəklər. İstifadəçi maraqlandığı parçaya baxdıqdan sonra birbaşa videonun tam versiyasına keçə biləcək. 

Bununla yanaşı, şirkət mövzu üzrə bir-biri ilə əlaqəli qısa videoların yaradıcıların profilində ayrıca toplanmasına imkan verən “Series” funksiyasını da inkişaf etdirir. Bu yenilik izləyicilərə videoları ardıcıllıqla izləmək imkanı yaradacaq. “İnstaqram”ın yeni addımı “YouTube” ilə rəqabəti gücləndirmək məqsədi daşıyır. Uzun videoların platformaya gətirilməsi həm də televiziya ekranlarında məzmun izləmək imkanlarının genişləndirilməsi ilə əlaqələndirilir. 

Əsmətxanım Rzazadə


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑