ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında növbəti danışıqlar raundu yaxın bir neçə həftədə Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər.
“Yeni Sabah” Sky News-a istinadla xəbər verir ki, bunu anonim qalmaq istəmiş ABŞ rəsmisi deyib.
Mənbənin sözlərinə görə, danışıqların məqsədi nəticədə 3 ölkənin liderləri səviyyəsində görüş təşkil etməkdir. Lakin buna nail olmaq üçün hələ çox iş görülməlidir. pizza
Əvvəllər Ukrayna Prezidenti Vladimir Zelenski Əbu-Dabidə üçtərəfli danışıqların gözlənildiyini bildirmişdi.
Onun sözlərinə görə, Ukrayna güclü ordu, silahlı qüvvələrə ən azı 10 il maliyyələşdirmə və ölkənin yenidən qurulmasına dəstək də daxil olmaqla, bir sıra təhlükəsizlik zəmanətlərində israr edir.




