Hadisə · Yeni Çağ

Xocalıda icazəsiz at çapanlar cərimələndilər - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xocalıda icazəsiz at çapanlar cərimələndilər - Yeni Çağ xəbəri üçün şəkil

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb.

Yenicag.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb.

Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər. Onlar hərəsi bir ata minərək kənddə gəzməyə çıxıblar. Bu zaman heyvanların sahibi onları görərək niyə icazəsiz atlarını mindiklərini soruşub. Daha sonra tərəflər arasında mübahisə başlayıb. Heyvanların sahibi atlarının oğurlanması ilə bağlı polisə şikayət edib.

Polis əməkdaşları hadisə yerinə gələndə də həmin üç şəxs sərxoş halda nalayiq ifadələr işlədərək ictimai asayişi pozmağa davam ediblər. Buna görə də onlar saxlanılıb və barələrində müvafiq protokollar tərtib olunub.

Onların hər biri əməlindən peşman olduğunu deyərək barələrində yüngül cəza verilməsini istəyiblər.

Məhkəmə icazəsiz at sürən şəxslərin hər birini 150 manat məbləğində inzibati qaydada cərimələyib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑