Bakı.Trend:
Bu gün saat 15:50 radələrində Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən təcili yardım çağırışı qeydə alınıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-in sorğusuna cavab olaraq verilən məlumatda qeyd edilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
"Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub" - deyə əlavə edilib.
Qeyd edək ki, Ceyrabatan qəsəbə məktəbində şagirdlərin kütləvi zəhərlənmə hadisəsi baş verib.


