Prezident Donald Tramp ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının gözləniləndən daha tez başa çatacağını bildirib.
Yenicag.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Müharibə çox tezliklə başa çatacaq. İnsanların düşündüyündən daha tez”, – deyə ABŞ Prezidenti qeyd edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıblar. Sonradan Vaşinqton hərbi əməliyyatların miqyasını azaltdığını və İrana qarşı iqtisadi təzyiqi, o cümlədən sanksiyaları əsas istiqamətə çevirdiyini açıqlayıb.




