Dünya · Yeni Çağ

Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir - Yeni Çağ xəbəri üçün şəkil

Serbiyada növbədənkənar parlament seçkiləri başlayıb.

Yenicag.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yerli vaxtla saat 07:00-da seçki məntəqələri açılıb.

Ölkə üzrə 6,45 milyon seçicinin səsvermə hüququ var. Seçkilərdə 250 deputat mandatı uğrunda 18 seçki siyahısı üzrə 2400-dən çox namizəd mübarizə aparır.

Səsvermə ölkə ərazisində təxminən 8400 seçki məntəqəsində keçirilir. Məntəqələr yerli vaxtla saat 20:00-da bağlanacaq.

Seçkilərdə əsas rəqabət keçmiş Prezident Aleksandar Vuçiçin rəhbərlik etdiyi Serbiya Tərəqqi Partiyası (SNS) ilə tələbə etirazları fonunda formalaşan “Tələbə siyahısı” hərəkatı arasında gedir.

Qeyd edək ki, növbədənkənar seçkilər 2024-cü ilin noyabrında Novi Sad şəhərində dəmir yolu vağzalının örtüyünün uçması nəticəsində 16 nəfərin həlak olmasından sonra başlayan kütləvi etirazlar fonunda keçirilir.

Seçki prosesini ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Avropa Şurası Parlament Assambleyasının və Avropa Parlamentinin nümayəndələri də müşahidə edirlər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑