Dünya · Yeni Çağ

SEPAH Hörmüz boğazında tankeri vurdu - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
SEPAH Hörmüz boğazında tankeri vurdu - Yeni Çağ xəbəri üçün şəkil

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir neft tankerini hücuma məruz qoyub.

Yenicag.az xəbər verir ki, bu barədə ISNA SEPAH HDQ-yə istinadən məlumat yayıb.

“Bu gün günorta saatlarında izləmə sistemlərini söndürərək qadağan olunmuş zonadan keçməyə cəhd edən neft tankerində yanğın baş verib”, – SEPAH-dan bildirilib.

Qeyd olunub ki, neft tankeri HDQ-nin müşahidə qrupları tərəfindən aşkar edilib.

Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑