Gündəm · Yeni Çağ

“Qardaşlığımızı heç bir fitnə sarsıda bilməz!” - Kamal Kurnaz - Yeni Çağ

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qardaşlığımızı heç bir fitnə sarsıda bilməz!” - Kamal Kurnaz - Yeni Çağ xəbəri üçün şəkil

TÜRKSİT İdarə Heyətinin sədri Kamal Kurnaz Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz bağları hədəfə alan təxribat xarakterli xəbərlərə və spekulyasiyalara sərt reaksiya verib.

Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Dərnəyinin (TÜRKSİT) İdarə Heyətinin sədri Kamal Kurnaz son günlər bəzi dairələr tərəfindən məqsədli şəkildə yayılan və iki qardaş ölkə arasındakı münasibətləri hədəfə alan təxribat xarakterli xəbərlərlə bağlı yazılı bəyanat yayıb.

Kökləri tarixin dərinliklərinə uzanan və tale birliyi ilə möhürlənən Türkiyə–Azərbaycan qardaşlığının bütün şər qüvvələrin və çirkin hesabların fövqündə olduğunu vurğulayan TÜRKSİT sədri bildirib:

“Ulu öndər Heydər Əliyevin ‘Bir millət, iki dövlət’ şüarı ilə müəyyənləşdirdiyi baxış hər iki ölkənin xalqının qəlbində sarsılmaz şəkildə yaşayır. 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirilən möhtəşəm həmrəylik, can Azərbaycanın və Türkiyənin qucaqlaşması tarixin axarını dəyişdirən şanlı dönüş nöqtəsidir. Bu iradə masa arxasında hazırlanan ssenarilərlə, məqsədli yalanlarla və ya nifaq toxumu səpməyə çalışan bacarıqsız, şöhrətpərəst şəxslərin cəhdləri ilə sarsıdıla bilməz”.

Açıqlamasının sonunda Kamal Kurnaz ictimaiyyəti çaşdırmağa yönəlmiş bu cür əsassız və fitnə xarakterli xəbərlərə etibar edilməməsinin vacibliyini vurğulayıb. O, iki ölkə arasındakı qardaşlığın əbədi davam edəcəyini qətiyyətlə bəyan etdiklərini bildirib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑