Gündəm · Globalinfo.az

Qarabağ Universitetinin müəllimi hakim təyin olunub – FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qarabağ Universitetinin müəllimi hakim təyin olunub – FOTO xəbəri üçün şəkil

Qarabağ Universitetinin müəllimi Nuranə Asif qızı Məmmədova Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

Globalinfo.az xəbər verir ki, 1999-cu il avqustun 22-də Göygöl rayonunda anadan olan Nuranə Məmmədova 2016-cı ildə 687 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunaraq Prezident təqaüdünə layiq görülüb.

O, 2020-ci ildə Bakı Dövlət Universitetinin bakalavriat, 2022-ci ildə isə əqli mülkiyyət hüququ ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomları ilə bitirib. Hər iki pillədə ingilis dilində təhsil alıb.

Əmək fəaliyyəti dövründə müxtəlif hüquq sahələrində çalışıb, Bakı İnzibati Məhkəməsində məhkəmə iclas katibi, həmçinin vəkil kimi fəaliyyət göstərib.

2024-cü ildən Qarabağ Universitetində pedaqoji fəaliyyətə başlayan Nuranə Məmmədova universitetin Humanitar və sosial elmlər fakültəsində müəllim vəzifəsində çalışıb.

a76dc93e 7630 4b54 ba78 7e4df485aeba
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑